AZ

ABŞ-nin AH-1Z “Viper” helikopterləri uzun mənzilli raketlə təchiz ediləcək

ABŞ Dəniz Piyadaları Korpusu (DPK) AH-1Z “Viper” hücum helikopterlərinin effektivliyini artıracaq yeni uzun mənzilli hücum raketinin (Long Range Attack Missile – LRAM) uçuş sınaqlarına başlayıb.

“Poliqon” “The War Zone” nəşrinə istinadən xəbər verir ki, yeni raket ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalından olan naməlum raket əsasında hazırlanıb.

LRAM helikopterlərə təxminən 280 kilometr məsafədə quruda və suda hərəkət edən hədəfləri vurmağa imkan verəcək.

Raketin ilk döyüş buraxılışının 2025-ci maliyyə ilində keçirilməsi planlaşdırılır.

Nəşr vurğulayıb ki, AH-1Z Viper helikopterləri hazırda təxminən 11 kilometr mənzilli AGM-114 Hellfire “hava-yer” sinif raketlərini və 8 kilometrə qədər məsafədə hədəfləri vuran AGM-179 “Joint Air-to-Ground Missile” sinif raketlərini daşıyır.

Qeyd olunub ki, LRAM AARGM-ER raketinin daha universal modifikasiyası hesab edilən ABŞ HHQ tərəfindən hazırlanan “Stand-in Attack Weapon” (SiAW) raketinə əsaslanır. Helikopterlər həmçinin uzun mənzilli raketləri hədəfə tuşlamaq üçün yeni sensorlar qəbul edə bilərlər.

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla