AZ

İranda daşqınlar baş verib, 23 ştat zərər görüb

İranın Qızıl Aypara Cəmiyyəti (IRCS) İranın 23 vilayətində daşqınlardan zərər çəkmiş ümumilikdə 5022 nəfərə yardım edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə IRCS sözçüsü Babək Mahmudi İRNA-ya bildirib.

"Bazar günü səhərdən bəri 777 xilasedicidən ibarət 219 xilasetmə qrupu zərər çəkənlərə kömək etmək üçün 134 xilasetmə əməliyyatı həyata keçirib", - Mahmudi qeyd edib. 

O əlavə edib ki, bu müddət ərzində xilasetmə qrupları 153 nəfəri müvəqqəti yaşayış yeri ilə təmin edib, daha 224 nəfəri təhlükəsiz əraziyə köçürüb və 186 yaşayış evindən su çəkib.

İran mediası bildirib ki, son bir neçə gündə İranın 23 vilayəti, o cümlədən Buşehr, Rəzəvi Xorasan, Cənubi Xorasan, Semnan, Fars, Kirman, Hörmüzqan, Çaharmahal-va-Bəxtiyari, İsfahan və Yəzd daşqınlardan zərər çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla