AZ

Putinin yeni avtomobili nümayiş olundu - VİDEO

Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş “Aurus” avtomobili ilə gələcək.

"Unikal" xəbər verir ki, dövlət başçısının yeni avtomobili ilk dəfə “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının efirində nümayiş etdirilib.

Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi dəyişdirilib - optika, radiator barmaqlığı, qabaq bamper, kapot. Qanadlar da dəyişib.

Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. “Aurus”un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Xatırladaq ki, Rusiya Federasiyasının seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
Mənbələr
Şərh ()
Bağla