AZ

Çexiya Rusiyadakı səfirini rəsmən geri çağırdı

Çexiya hökuməti Rusiyadakı səfiri Vitezslav Pivonkanı rəsmən geri çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Çexiya XİN-dən bildirilib ki, Pivonka mayın sonunda səfir postunu tərk edəcək.

Qeyd edək ki, Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonka 2022-ci ilin sonunda Rusiyanı tərk etmişdi. Onun gedişindən sonra səfirliyə müvəqqəti işlər vəkili Yan Ondrjeyka rəhbərlkik edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
13
Mənbələr
Şərh ()
Bağla