AZ

"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"

"Rusiya diktatoru "cuşa gəlib", bir çox istiqamətlərdə dezinformasiya, sabotaj və ya haker hücumları ilə Avropaya daha böyük güclə təzyiq etməyə can atır..."
 
"Avropa ərazisində Rusiya təhlükəsinə qarşı ayıq-sayıqlığı gücləndirməyin zamanı yetişib..."
 
Rusiya diktatoru Vladimir Putin bir çox istiqamətlər üzrə Avropaya imkan daxilində daha güclü təzyiq göstərməyə can atacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Ukraynada tammiqaslı müharibə davam edir, Avropanın kəşfiyyat xidmətləri öz hökumətlərinə Rusiyanın Qərblə uzunmüddətli münaqişə köklənmək niyyətində olduğuna görə "bütün qitə boyunca zorakılıq və diversiya aktları düşündüyü" barədə xəbərdarlıq edib.
 
Rusiya tərəfi "artıq daha fəal şəkildə gizli partlayışlar, yanğınlar və Avropa ərazisində infrastruktura həm birbaşa, həm də vasitəçilərin köməyilə ziyan vurmaq üçün hazırlıqlara başlayıb, bu zaman dinc insanların həlak olmasına görə heç bir açıq təşviş göstərmir", - nəşr yazıb.
 
"Kremlin agentlərinin belə əməliyyarların uzun tarixinə malik olmasına və son illər zaman-zaman Avropaya belə hücumlar törətməsinə rəğmən, getdikcə daha aqressiv və uzlaşdırılan səylərin yeni sübutları üzə çıxır", - jurnalistlər üç müxtəlif Avrpopa dövlətlərindən belə dəyərləndirmələr əldə edib.
 
Kəşfiyyat əməkdaşlarından biri bəyan edib ki, hazırda Rusiya diktatoru Vladimir Putin "cuşa gəlib", bir çox istiqamətlərdə, dezinformasiya, sabotaj  və ya haker hücumlarının köməyilə Avropaya daha böyük güclə təzyiq etməyə can atacaq.
 
Avropa hökumətlərinin birinin yüksək vəzifəli nümayəndəsinin fikrincə, NATO təhlükəsizlik xidmətləri vasitəsilə Rusiyanın koordinasiyalı və böyük miqyaslı "açıq və inandırıcı hiylələri" barədə məlumat daxil olur.
 
O, əlavə edib ki, Avropa ərazisində Rusiya təhlükəsinə qarşı "ayıq-sayıqlığı gücləndirməyin və buna diqqət yetirməyin" zamanı gəlib.
 
"Chatham House" analitik mərkəzin baş elmi əməkdaşı güman edir ki, Rusiyanın fəallığı həqiqətın artıb.
 
"Bu, indiyədək gördüyümüz nöqtəvi hücumlardır, əlbəttə ki, iğtişaşların yaradılmasına yönəlib, lakin onlar həm də dezinformasiya üçün istifadə edilə bilər. Həm də Rusiya Avropanı həqiqətən hərəkətsiz hala salmaq istəyirsə, bu hücumlar üzərində öyrənir...Bu, məşqdir", - ekspert vurğulayıb.
 
Rusiya diqqət mərkəzindədir-təcavüzkar ölkənin Avropa İttifaqında hiylələri barədə xəbərlər
 
Aprel ayında İsveç nəqliyyat naziri məlumat verib ki, Rusiya Çexiya dəmir yollarında siqnalizasiya sistemini məhv etməyə cəhd göstərib.
 
İsveç hüquq-mühafizə orqanları bu yaxınlarda dəmir yollarında baş verən fəlakətlər seriyasını tədqiq edir, onların fikrincə, bunlar sabotaj nəticəsində baş verə bilərdi.
 
Estoniya Daxili Təhlükəsizlik Xidməti məlumat verib ki, Rusiya casusları fevral ayında daxili işlər nazirinin maşınına və jurnalistlərə hücum edib.
 
Bundan başqa, ötən il Almaniya kansleri Olaf Şoltsun sosial-demokrat partiyasına haker hücumunda "Rusiyanın izi" olduğu hesab edilir.
 
Qeyd etmək lazımdır ki, 2024-cü il mayın əvvəlində Almaniyanın paytaxtı Berlində "Diehl Defence" şirkətinə məxsus  "Diehl Metal Applications" müdafiə zavodunda güclü yanğın baş verib.
 
Bu şirkət alman tərəfinin Ukraynaya Rusiyanın havadan endirdiyi zərbələrdən müdafiə olunması üçün verdiyi IRIS-T hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə məşğuldur. 
 
Xatırladaq ki, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra iki həftə ərzində Rusiya kəşfiyyatının diplomatik örtük altında işləyən 600-dən artıq əməkdaşı Avropadan qovulub.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla