AZ

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır.

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır idi və hələ də hazırdır. Biz bunu 124 girovumuzu azad etdikdən sonra hərbi əməliyyatlara qayıdanda da etdik. Biz indi də bunu etməyə hazırıq”, - Netanyahu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
10
Mənbələr
Şərh ()
Bağla