AZ

KİV: Hizbullah İsrail ərazisinə ən azı 30 raket atıb

HƏMAS hərəkatı və Hizbullah təşkilatı İsrail ərazisinə azı 30 raket atıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata görə, HƏMAS üzvləri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığından İsraillə Qəzza zolağının sərhədindəki Kerem Şalom keçid məntəqəsi ərazisinə azı 10 raket atıb, bir neçə nəfər həlak olub və yaralanıb.

Öz növbəsində Hizbullah İsrailin şimalındakı Kiryat Şmona qəsəbəsinə 20 raket atıb. Mərmilərin bəziləri zərərsizləşdirilib. Təcili tibbi yardım xidmətinin mətbuat xidmətinin məlumatına görə, bir nəfər yüngül xəsarət alıb. Bundan əlavə, qəlpələr təcili yardıma dəyib.

Ordunun mətbuat xidməti Kerem Şalomun atəşə tutulması ilə bağlı məlumatı təsdiqləyib. Keçid məntəqəsi humanitar yardım daşıyan yük maşınlarının keçidi üçün bağlanıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
9
Mənbələr
Şərh ()
Bağla