AZ

İsrail NK “Əl-Cəzirə” telekanalının bağlanması təklifini təsdiqləyib

İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun “X”dəki səhifəsində paylaşım olunub.

“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalı bağlanacaq”, - məlumatda qeyd edilib.

Netanyahu həmçinin kanalın qadağan edilməsi ilə bağlı əmr imzalayan rabitə naziri Şlomo Karyaya təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla