AZ

Laporta “Barselona”nın “Jirona”ya məğlubiyyətinə qəzəblənib

La Liqanın 34-cü turunun mərkəzi səfər oyununda “Barselona”nın “Jirona”ya məğlubiyyəti (2:4) klub prezidenti Joan Laportanı hiddətləndirib.

Arena.az xatırladır ki, “Real”ın evdə “Kadis”i 3:0 hesabı ilə məğlub etməsi mənzərəsində “Barselona”nın səfərdə “Jirona”ya məğlubiyyəti, “kral klub”unun çempionluğunu rəsmiləşdirməsi ilə nəticələnib.

Oyundan sonra Laporta stadionun kənarında “Bu, ola bilməz!”, deyə qışqırarkən gözə çarpıb.

Xatırladaq ki, bu əzmkar qələbə Kataloniya derbisində “Jirona”nın cari mövsüm La Liqa çərçivəsində “Barselona” üzərində ikinci qələbəsidir. 1-ci dövrədə səfərdə “Barselona”nın qonağı olmuş “Jirona” “blauqrana”nı eyni hesabla məğlub etmişdi – 4:2.

34 oyundan 87 xalla çempion “Real” La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Jirona” 74 xalla 2-ci, “Barselona” isə 73 xalla 3-cü pillədə yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla