AZ

Sevgilisindən ayrılıb əməliyyat etdirir

Müğənni Əminə Şirinova sevgilisindən ayrıldığını və əməliyyata hazırlaşdığını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Zaurla Günaydın" proqramında danışıb. Əminə aparıcı Zaur Baxşəliyevin "Camaat sevəndə xoşbəxt olur. Sən ayrılanda xoşbəxt olursan" sözlərinə belə cavab verib:

"Üzümdə əməliyyat etdirəcəyəm. Bəzi şeyləri düzəltdirməliyəm. Bir dəfə etdirmişəm, yenə etdirəcəyəm. İnsanları rahat buraxa bilərəm. İstər dostluq, istər qohum, istərsə də sevgi bağı olsun, sən özünü tanıyırsan və nöqsana yol vermirsən. Nöqsanları dəfələrlə bağışlayırsan, amma müəyyən vaxt çatanda ondan rahat imtina edirsən. Axı insan özünü də sevir. Onu yaradan Allah məni də yaradıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
Mənbələr
Şərh ()
Bağla