AZ

“Şeffild Yunayted” Premyer Liqanın antirekordunu təkrarladı

Premyer Liqanın 36-cu turunda “Nottingem Forestə”ə 1:3 hesablı ev məğlubiyyəti autsayder “Seffild Yunayted”ə daha bir antirekord gətirib.

Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, cari mövsümün autsayderi 38 turluq tərtibat üzrə yarışda mövsüm ərzində 100 qol buraxmış ikinci komanda kimi tarixə düşüb.

Beləliklə, “tiyələr” 1908/1909-cu illər mövsümü İngiltərə çempionatında “Lester Siti”nin nümayiş etdirdiyi antirekordu təkrarlayıblar. O vaxt “tülkilər” 102 qol buraxmışdılar. Göründüyü kimi, “Şeffild Yunayted”in “Lester Siti”nin bu antirekordunu yeniləmək ehtimalı yüksəkdir.

Buna qədər İngiltərə çempionatının Premyer Liqa olaraq təsisindən bəri mütləq antirekord 2007/2008-ci illər mövsümündə 38 oyunda 89 qol buraxmış “Derbi Kaunti”yə məxsus idi.

Ancaq bu antirekordlar Premyer Liqanın 20 komandadan ibarət 38 turluq mövsümlərinə aiddir. Premyer Liqanın ən böyük “aşsüzən”i isə 42 turluq 1993/1994 mövsümündə 100 qol buraxmış “Suindon Taun”dur. Hazırda “Şeffild Yunayted” bu rekordu da təkrarlayıb və qarşıdakı iki turda mütləq antirekorda imza ata bilr.

“Şeffild Yunayted” 36 oyundan 16 xalla Premyer Liqanın yarış cədvəlində sonuncu, 20-ci pillədə qərarlaşıb və artıq “tiyələr”in Çempionşipə yuvarlandığı rəsmiləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
45
Mənbələr
Şərh ()
Bağla