AZ

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin rəisi, yüksəkixtisaslı təcili yardım həkimi Füzuli Abışovu "Həkimlərimizi tanıyaq!" rubrikamızda Sizə təqdim edirik.

 

O, 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2008-2009-cu illərdə Neftçala Rayon Mərkəzi Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçib.

 

2020-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda anestezioloq–reanimatoloq ixtisası üzrə təkmilləşdirmə kursunda iştirak edib.

 

Füzuli Abışov 2008-2021-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssislərində fəaliyyət göstərib. 2023-cü ilin oktyabr ayından etibarən Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi, 8 dekabr 2023-cü il tarixindən etibarən Təcili Tibbi Yardım şöbəsinin rəisi kimi fəaliyyət göstərir.

 

Həkim Mərkəzi Gömrük Hospitalında reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələrin ilkin qiymətləndirməsi və yardım, xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi, beyin zədəsi olan xəstələrin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardımın edilməsi, baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya, kiçik cərrahi prosedurların aparılması, xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması ilə məşğul olur.

 

O, 2019-cu illərdə 4 ay müddətində Almaniya Federativ Respublikasının Küps şəhərində keçirilən “Deutsch B2 Medizin”, 2021-ci ilin fevral ayında Bakı şəhərində keçirilən “Basic Offshore Safety İnduction and Emergency Training” və 2023-cü ilin mart ayında ölkəmizdə keçirilən “Advanced Cardiovascular Life Support” adlı təlimlərdə iştirak edib.

 

Füzuli Abışov İkinci Qarabağ müharibəsi veteranıdır. O, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla