AZ

BƏƏ Braziliyaya milyardlarla dollar sərmayə yatırmağı planlaşdırır

Əbu-Dabinin suveren sərvət fondu “Mubadala Capital”ın investisiya qolu növbəti onillikdə Braziliyanın iddialı bioyanacaq layihəsinə təxminən 13,5 milyard dollar sərmayə yatırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

“Mubadala” fondunun bərpa olunan enerjiyə əsas sərmayəsi beş modulun - bionemal zavodlarının tikintisini nəzərdə tutur ki, onların hər biri 2,7 milyard dollara başa gələcək.

Birincisi 2026-cı ilin sonuna kimi fəaliyyətə başlamalıdır.

“Hamısı xammala, əsasən də kənd təsərrüfatına aiddir. Braziliya isə iqlimi və münbit torpaqlarına görə kənd təsərrüfatının artıqlığı baxımından bəlkə də dünyanın ən yaxşı ölkəsidir”, - Mubadalanın Braziliya ofisinin rəhbəri Oskar Fahlqren bildirib. O, Braziliyanı dünyanın kənd təsərrüfatı paytaxtı adlandırıb.

Vurğulanıb ki, 5-10 il müddətinə nəzərdə tutulan investisiya layihəsi nizamnamə kapitalı və borc vəsaitləri hesabına maliyyələşdiriləcək. Buraya 2021-ci ildə dövlətə məxsus Petrobrasdan alınmış neft emalı zavodunun konvertasiyası da daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla