AZ

"Qarabağ" Türkiyədən gələn yeni dəvəti QƏBUL ETDİ - Gedirlər…

«Qarabağ» növbəti səfərə hazırlaşır.

Söhbət «köhlən atlılar»ın aşağı yaş qruplarından ibarət komandalarından gedir.

Belə ki, U-8 və U-14 Türkiyədə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

Onların mübarizə aparacağı «Antalya Cup» mayın 8-12-si aralığında keçiriləcək yarışa 10-dan artıq ölkənin təmsilçisi qatılacaq.

Yerli klublarla yanaşı, İtaliya, İspaniya, Almaniya, Özbəkistan, Macarıstan, Albaniya, Xorvatiya, Şimali Makedoniya, Gürcüstan və Niderlanddan olan kollektivlər burada öz qüvvəsini sınayacaq.

«Qarabağ» axır 1 ildə Avropaya açılım edib. Aftandil Hacıyevin akademiyaya baş koordinator təyin edilməsindən sonra bu proses sürət götürüb və indi də davam etməkdədir.

Ağdamlı uşaq və yeniyetmələr geridə qalan perioda bir neçə belə yarışmanın işirakçısı olub. Türkiyə və Belarusda düzənlənən 4 turnirə qatılıblar.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla