AZ

Madonnadan pulsuz konsert: 1,6 milyon insan izlədi

Dünən Braziliyanın Rio-de-Janeyro şəhərindəki məşhur Kopakabana çimərliyində pulsuz konsert verən Madonna təxminən 1,6 milyon pərəstişkarına unudulmaz gecə yaşadıb.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, oktyabr ayında Londonda başlayan "Celebration Tour"un son şousu üçün yüz minlərlə insan çimərliyə axışıb və “Like a Prayer”, “Vogue” ve “Express Yourself”  kimi hit mahnıları coşqu ilə oxuyub. 

Konsert meydançasında tamaşaçıların üzərinə su səpilib, pulsuz içməli su paylanıb.

Konsertdə 3 mindən çox polis təhlükəsizliyi qoruyub.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla