AZ

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

“Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur”.

“İki sahil” xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan “Aspides” adlı missiyasının dəniz əməliyyatının komandanı Vasilios Qriparis Almaniyanın “Spiegel” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ-nin dəniz missiyasında ticarət gəmilərini qorumaq üçün çox az döyüş gəmisi var.

“Hazırda missiyanın sərəncamında üç dəniz gəmisi qalıb. Onlardan istifadə etməklə gündə yalnız dörd yük gəmisi Babül-Məndəb boğazından keçə bilər, lakin effektiv işləmək üçün ən azı on gəmi lazımdır. Yüz günlük missiya ərzində 96 ticarət gəmisi müşayiət olunub, Yəmən husiləri tərəfindən atılan 12 pilotsuz təyyarə və bir raket zərərsizləşdirilib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
4
Mənbələr
Şərh ()
Bağla