AZ

Putin Makeevkadan olan Maşa adlı qıza it hədiyyə edib...

...Vladimir Putin Rusiya bayrağı ilə rus hərbi təyyarələrini və helikopterlərini qarşılayan Makeyevkadan olan 9 yaşlı Maşaya kiçik bir it hədiyyə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ev heyvanınıqıza Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və DXR rəhbəri Denis Puşilin verib.

Puşilin Telegram kanalında bildirib ki, qız həqiqətən it almaq istəyirmiş.

Maşanın atası hərbçidir; o, 2015-ci ildən Donbası müdafiə edir. Onun qardaşı Dmitri Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. Məktəbli qız Maşa Zvezdaya həm baletlə, həm də sirklə məşğul olduğunu deyib.

Rusiya Aerokosmik Qüvvələrinin hücum aviasiyasının pilotları tez-tez qızı görürlər. Maşanı tapıb öz aerodromuna dəvət ediblər. Məktəbli qız idarəetmə panellərində oturub və təyyarələri növbəti missiyaya qədər müşayiət edib.

Maşa Zvezdaya hava ustası, pilot, şirniyyatçı və pişik rəftarı olmaq istədiyini söyləyib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla