AZ

Rus ordusu zavodu ələ keçirdi, atəş altına düşdü

Rusiya ordusu Novopavlovsk istiqamətində Krasnoqorovkanın mərkəzindəki zavodda istehkamı ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun nümayəndəsi Nazar Voloşin məlumat verib.

Şəhərin ruslar tərəfindən işğal edildiyini təkzib edən Voloşin zavoddakı istehkamlara daxil olan düşmənin atəş altında olduğunu qeyd edib.

Voloşin bildirib ki, ruslar kiçik qruplarla şəhərə hücum cəhdlərindən əl çəkmir, lakin ukraynalı müdafiəçilər rusların şəhərə daxil olmaq üçün bütün cəhdlərini artilleriya və minaatanlardan atəşə tutaraq məhv edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
2
Mənbələr
Şərh ()
Bağla