AZ

“Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub etdi

Mayın 5-də Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ikinci matçında “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 1-ci dəqiqədə Ayaz Quliyev vurub.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran “Sabah” üçüncü pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 35 xalla doqquzuncu yerdə qalıb.

Qeyd edək ki, tura mayın 6-da keçiriləcək “Səbail” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq