AZ

"Turan Tovuz" məğlub oldu, yerli publika üz-üzə qaldı, kapitan özündən çıxdı - ANBAN VİDEO

"Turan Tovuz"un Premyer Liqanın 33-cü turunda "Zirə"yə məğlub olduğu (1:2) matçda insident yaşanıb.

Meydan sahiblərinin ikinci qolu buraxmasından sonra tribunalarda ara qarışıb.

Öncə bir qrup azarkeş Ayxan Abbasovu istefaya səsləyib.

Başqa bir qrup onlara qarşı çıxıb, şuar səsləndirənlərə mane olub.

Gərginlik final fitindən sonra da davam edib.

Bölgə klubunun kapitanı Kamal Bayramov da fanatlarla polemikaya girib.

Uzun müddət onu komanda yoldaşları da sakitləşdirə bilməyib.

Təcrübəli qapıçı azarkeşlərə səslənərək "Mərd olun, məğlubiyyətdə komandaya sahib çıxın" - deyib.

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
Mənbələr
Şərh ()
Bağla