AZ

Sərtan Taşkın oynadı, Vüsal İsgəndərli izlədi - Video

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 33-ci turu çərçivəsində baş tutan “Boluspor”la oyunun iştirakçısı olub.

Hansı ki, “Boluspor”da da Azərbaycan milli komandasının digər üzvü Vüsal İsgəndərli forma geyinir. “Manisa” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0. Meydan sahibləri 4-cü dəqiqədə hesabı açıblar və bu üstünlüyü sonadək qorumağı bacarıblar.

Taşkın bu oyunun 82-ci dəqiqəsində meydana buraxılıb. Vüsal isə bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 14 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.

Vüsal İsgəndərli isə “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 13 matça çıxıb.

33 turdan sonra “Manisa” 40 xalla 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. “Boluspor” isə 50 xalla 9-cu sıradadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
4
Mənbələr
Şərh ()
Bağla