AZ

Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün 118 min manat xərcləyəcək


Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com 
xəbər verir ki, tender müsabiqəsinin qalibi “RR Travel Company” MMC (VÖEN – 1305786331) olub.
Tenderin qalibi olan “RR Travel Company” MMC ARDNF-nin sifarişi əsasında əməkdaşlar üçün komandaqurma (teambuilding) və korporativ ünsiyyət tədbirlərinin təşkili xidmətlərini həyata keçirəcək və qarşılığında 118 min 133 manat alacaq.
Məlumat üçün bildirək ki, “RR Travel Company” MMC Neft Fondunun 130 nəfər əməkdaşının 8-9 iyun tarixlərində İsmayıllı rayonuna səfərini təşkil edəcək və eyni zamanada dekabr ayının 21-də Fond əməkdaşları üçüb Yeni il tədbirini təşkil edəcək.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. “RR Travel Company” MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət  oğludur.
Onu da bildirək ki, Neft Fondu tərəfindən açıqlanan sonuncu hesabatda bu qurumda 151 nəfər işçinin çalışdığı qeyd olunub.
Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
6
Mənbələr
Şərh ()
Bağla