AZ

Türkiyənin XİN başçısı: “Qəzzada eskalasiya yeni münaqişələrə səbəb ola bilər”

Qəzza zolağında mövcud böhran yeni hərbi münaqişələrə səbəb ola bilər.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Fidan Qəzza zolağında münaqişənin “iki dövlətli həll” yoluna gəlməsinin vacibliyindən danışıb.

“Qəzzada baş verən faciədən dərs almasaq, bu, sonuncu müharibə olmayacaq. Bizi başqa müharibələr və göz yaşları gözləyir”, - deyə nazir xəbərdarlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
Mənbələr
Şərh ()
Bağla