AZ

Türkiyə genişmiqyaslı müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edir

...Beynəlxalq ictimaiyyət bundan dərs almasa, Qəzzada indiki böhran sonuncu ola bilməz.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib.

...Əgər Qəzzada baş verən faciədən dərs almasaq, iki dövlətli həll yoluna gəlməsək, bu, Qəzzada son müharibə olmayacaq.

Qeyd edək ki,Anadolu agentliyi nazirin sözlərini "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibəsindən sitat gətirib. ...Biz İsraili 1967-ci il sərhədlərini qəbul etməyə dəvət etməliyik. Təkcə Həmas deyil, bütün fələstinlilər 1967-ci il sərhədləri daxilində Fələstin dövləti yaratmağa hazırdırlar.

Bunu da Fidan bildirib.

Türkiyə daha əvvəl dəfələrlə bəyan edib ki, İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün yeganə düstur paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

...Türkiyənin xarici işlər naziri həmçinin xəbərdarlıq edib ki, İran və İsrail arasında gərginliyin artması “daha ​​böyük müharibənin” xəbərçisi ola bilər.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
Mənbələr
Şərh ()
Bağla