AZ

Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür

"HƏMAS istənilən atəşkəs sazişinin Qəzzada müharibəyə son qoymasını tələb edir..."
 
"İsrail üçün bu tələblər qəbuledilməzdir, biz bu qədər yüksək bədəli buna görə ödəməmişik..."
 
Qahirədə HƏMAS nümayəndə heyəti ilə Misir və Qətər vasitəçiləri arasında danışıqlar başa çatıb. Danışıqlar qrupu Dohaya dönür. İsrail və HƏMAS  bir-birilərini dalan vəziyyətin yaranmasında ittiham edir.
 
Moderator.az xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi AFR agentliyinə məlumat verib. Məlumatı "smotrim.ru" nəşri yayıb.
 
"Misirin kəşfiyyat naziri ilə görüş başa çatıb, HƏMAS nümayəndə heyəti gələcək məsləhətləşmələr üçün Dohaya dönür", - məlumatda deyilir. 
 
Bu ərəfədə vasitəçilərlə təmasda olan fələstinli məmurlardan biri bəya  edib ki, HƏMAS nümayəndə heyəti Qahirəyə saziş əldə etmək qətiyyəti ilə gəlib, amma öz şərtlərinə təkid etmək niyyətində olub.
 
Fələstinli nümayəndələrinin sözlərinə görə, Qahirədəki görüşdə HƏMAS təmsilçiləri öz mövqeyində qalıb, bu da istənilən atəşkəs saziş müharibəyə son qoyması tələbidir.
 
Xəbər verildiyi kimi, mayın 5-də Binyamin Netanyahu HƏMAS-ın qoşunların çıxarılması və müharibəyə son qoyulması tələbini qəbuledilməz adlandırıb: 
 
"HƏMAS əvvəlkitək ifrat tələblər irəli sürür. İlk növbədə bizim bütün qüvvələrimizin Qəzza bölgəsindən çıxarımasını və döyüş əməliyyatlarının tamamilə dayandırılmasını, bununla da HƏMAS-ın inzibati və hərbi potensialının tam saxlanılması tələbləridir. 
 
Onun taborları yenidən hakimiyyəti ələ keçirəcək, infrastrukturu bərpa edəcək və İsrail vətəndaşlarını təhdid edəcək.
 
O zaman 7 oktyabr hadisəsinin təkrar olunması zaman məsələsi olacaq. İsrail dövləti bununla razılaşa bilməz. Biz bu qədər yüksək bədəli buna görə ödəməmişik".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla