AZ

Kürdəmirdə yağan güclü yağış fəsadlar törədib

Kürdəmirdə yağan güclü yağış həyatı iflic edib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün axşam saatlarında bir neçə saat davam edən güclü leysan yağışları rayonun bir neçə küçə və prospektlərində gediş-gəlişi məhdudlaşdırıb.

Bu vəziyyət rayonun Bakı və Heydər Əliyev prospektlərində, eləcə də Xanlar Səfərəliyev, Şəhriyar küçələrində özünü daha çox büruzə verir. Adı çəkilən küçələrdə vəziyyət daha da ağırdır. Belə ki, yağış suları istər avtomobillərin, istərsə də piyadaların hərəkətinə əngəl yaradır.

Hazırda aidiyyatı qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
18
Mənbələr
Şərh ()
Bağla