AZ

Cüdo yığmamız Göygöl Avropa Kubokunu 14 medalla başa vurdu

Bu gün – mayın 5-də Göygöl şəhərində təşkil olunmuş yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

Arena.az xəbər verir ki, turnirin sonuncu günündə Azərbaycan cüdoçuları daha 4 medal əldə ediblər.

Təmsilçilərimiz günü 2 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, Cəsur İbadlı (73 kq) turniri bürünc medalla bitirib. 81 kq-da yarışan Mehdi Abbasov bütün rəqiblərindən güclü olub və qızıl medalı boynundan asıb. Sübhan Axundov (+90 kq) da Avropa Kubokunun qızıl medalını qazanıb. Hüseyn Eyvazlı (90 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə də 10 medal qazanmışdılar. Beləliklə, cüdo yığmamızın üzvləri bu Avropa Kubokunda 4 qızıl, 1 gümüş və 9 bürünc medal əldə ediblər. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub. Cüdoçularımız oğlanlar arasında bütün çəki dərəcələrində medal əldə edib.

Xatırladaq ki, ötən il də tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi turnir cədvəlində birinci yeri tutmuşdular. Türkiyə ikinci (3-4-5), ikinci yerdə Gürcüstan (2-2-2) qərarlaşmışdı.

Builki Avropa Kubokunda 14 ölkədən 323 cüdoçu iştirak edib. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparıb. Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak ediblər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer almışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla