AZ

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Superliqa:

Bakı, 5 may, AZƏRTAC

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq şansı daha çox olan "Qalatasaray" doğma meydanda 'Sivasspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Başakşəhər" "Kasımpaşa"nı 4:1 hesabı ilə məğlub edib. "Qaziantep" - "Hatayspor" görüşü isə heç-heçə bitib - 1:1.

Bu nəticədən sonra xallarını 96-ya çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. "Sivasspor" isə 48 xalla doqquzuncu pillədə qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
13
Mənbələr
Şərh ()
Bağla