AZ

Madonnanın konsertini 1,6 milyon insan izləyib

…Amerikalı müğənni Madonnanın Rio-de-Janeyro çimərliyində verdiyi konserti 1,6 milyon insan izləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Guardian” qəzeti yazır.

Konsert Madonnanın Celebration dünya turuna yekun vurub. Qeyd edək ki, konsertə giriş pulsuz olub.

Ziyarətçilər bütün Kapokabana çimərliyini və ətraf küçələri zəbt etdilər.

Bəzi pərəstişkarları konsertə bir neçə gün qalmış gəlib.

Rio-de-Janeyro rəsmiləri tədbirin təşkilinə 20 milyon real xərcləndiyini bildiriblər.

Konsert şəhərə təxminən 300 milyon gəlir gətirib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla