AZ

İtkilərimiz böyük olarsa, artıq Ukraynanı qorumaq mümkün olmayacaq...

...Bu gün Ukrayna cəbhəsində Ukrayna Silahlı Qüvvələri çətin vəziyyətdədir. Etiraf edilir ki, artıq bir çox ukraynalı döyüşə getməkdən imtina edir. Necə deyərlər, gözlər yoldadır,.. ABŞ-ın köməyi isə hələ ki, gəlib çıxmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Express” yazır. ...O da qeyd edilir ki, hazırdatükənmiş orduda silah yoxdur və Rusiya da yay hücumu zamanı daha çox ərazi ələ keçirməklə hədələyir.

Bu arada Ali Baş Komandan Aleksandr Sırski Telegram-dacəbhədə vəziyyət pisləşdiyini və rus qoşunlarının taktiki uğur qazandığını etiraf edib.

...Kral Birləşmiş Xidmətlər İnstitutununbaş elmi işçisi Ed Arnold “Euronews” telekanalına müsahibəsində Ukraynanın əsas probleminin müdafiə xətlərinin tamamlanmaması olduğuna diqqət çəkib.

...Ukrayna Silahlı Qüvvələrinin əməkdaşı Aleksandr Matyaş isə orduda kifayət qədər əsgərin olmamasından şikayətlənib. ...Müharibənin əvvəlində biz 38 milyon idik, amma sonradan çoxlu insan ölkədən gedib.

Bunu deyən ukraynalı hərbçi, bəzilərinin döyüşmək istəmədiyini, bəzilərinin isə bunu bacarmadığını bildirib.

Onun sözlərinə görə, cəbhədə böyük itkilər olarsa, artıq Ukraynanı qorumaq mümkün olmayacaq.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla