- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Haydenhaym” – “Maynts” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Yeddi qolun qeydə alındığı “Union Berlin” – “Boxum” matçı qonaqların qələbəsiylə yekunlaşıb.
Səfərdə “Ayntraxt”la qarşılaşan “Bayer” isə bu dəfə darmadağınla qalib gəlib. Çempionluğu bir neçə tur öncə təmin etmiş Leverkuzen təmsilçisi Frankfurtda da 5 qola sevinib.
Beləliklə, 32 turdan sonra
84 xalla vahid liderdir. “Bayern” 69 xalla 2-ci, “Ştutqart” 67 xalla 3-cü, “Leypsiq” 63 xalla 4-cü, Dortmund “Borussiya”sı 60 xalla 5-cidir. “Ayntraxt” 45, “Frayburq” 41, “Hoffenhaym” 40 xal toplaya biliblər.
Almaniya, Bundesliqa
32-ci tur
3 may
Hoffenhaym – Leypsiq 1:1
Qollar: Kramariç, 90 – Şeşko, 38.
4 may
Borussiya (Dortmund) – Auqsburq 5:1
Qollar: Mukoko, 4; 29. Malen, 20. Roys, 34. Nmeça, 64 – Varqas, 32.
Ştutqart – Bayern 3:1
Qollar: Sterqiu, 29. Yonq, 83. Silas, 90+3 – Keyn, 37-pen.
Verder – Borussiya (Mönhenqladbax) 2:2
Qollar: Voltemade, 45; 65 – Hak, 8. Noyhaus, 90+1-pen.
Volfsburq – Darmştadt 3:0
Qollar: Vimmer, 8. Vind, 11. Çerni, 90+3.
Köln – Frayburq 0:0
5 may
Union Berlin – Boxum 3:4
Qollar: Vertessen, 59. Bedia, 63. Hollerbax, 74 – Vittek, 16; 31. Şlotterbek, 37. Hofmann, 70.
Ayntraxt – Bayer 1:5
Qollar: Ekitike, 32 – Caka, 12. Şik, 44. Palasios, 58. Frimponq, 77. Bonifase, 89-pen.
Haydenhaym – Maynts 1:1
Qollar: Klayndinst, 65 – Burkardt, 37.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.