AZ

Putin qarşısında “qırmızı xətlər” çəkildi: 100 minlik qoşun hazırlanır…

“NATO alyans ölkələrinin Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməsi üçün iki “qırmızı xətt” müəyyənləşdirib”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “La Repubblica” qəzeti çıxış edib.

Qəzet yazır ki, NATO Rusiyanın iki “qırmızı xətt”i keçəcəyi təqdirdə, Ukraynadakı münaqişəyə birbaşa müdaxilə edə bilər.

Müharibəyə üçüncü ölkənin birbaşa və ya dolayı yolla müdaxiləsi alyansın birinci “qırmızı xətt”idir. Məqalədə bildirilir ki, NATO bu halda Belarusun münaqişədə birbaşa iştirakını istisna etmir.

Moskvanın Polşa və ya Baltikyanı ölkələrə qarşı mümkün hərbi təxribatı, həmçinin Moldovaya qarşı hərbi əməliyyat ehtimalları NATO-nun ikinci “qırmızı xətt”idir.

Nəşr qeyd edir ki, əgər Rusiya “qırmızı xətlər”i keçərsə, NATO Macarıstan, Polşa, Baltikyanı ölkələr, Rumıniya və Slovakiyada yerləşdirilən təxminən 100 min hərbçini aktivləşdirə bilər.  Bu halda ilk növbədə  hərbi hava qüvvələri hücumlara cəlb olunacaq, qurudan hərbi qüvvələr yalnız “son çarə” kimi döyüşə göndəriləcək.

İddiaya görə, hazırda Ukraynada Qərbin minə yaxın hərbçisi gizlin şəkildə ehtiyatda saxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla