AZ

Norrisin ilk qələbəsi

Formula 1 üzrə dünya çempionatının Mayami qran-prisi geridə qalıb. Mövsümün 6-cı mərhələsində ilk yerdən Maks Ferstappen start alıb. Niderlandlı bu hüququ şənbə günü keçirilən təsnifatda pol qazanmaqla əldə etmişdi.

Ondan sonrakı yerlər isə “Ferrari” sürücülərinə qismət olmuşdu. Mayamidə ötməyin çətin olduğunu nəzərə alsaq, təsnifatın önəmi də bir qədər artırdı.

57 dövrədən ibarət mərhələni Lando Norris qazanıb. Bu, onun karyerasında ilk qələbə olub.

Niderlandlı sürücü Maks Ferstappen çempionatda liderliyini davam etdirir. Onun aktivində 138 xal var.

Xatırladaq ki, növbəti mərhələ iki həftə sonra baş tutacaq. Komandalar bu dəfə İtaliyada mübarizə aparacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
Mənbələr
Şərh ()
Bağla