AZ

Si Cinpin Fələstin-İsrail münaqişəsinin həlli yollarını açıqlayıb

Fələstin-İsrail münaqişəsinin həlli müstəqil Fələstin Dövlətinin yaradılmasından ibarətdir.

APA xəbərt verir ki, bu sözləri Çin Sədri Si Cinpin "Le Figaro" qəzeti üçün məqaləsində bildirib.

O, Fələstin-İsrail münaqişəsinin dəfələrlə xaosa düşməsinin əsas səbəbini Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinin əsassız yerə icra edilməməsində görüb.

Çin Sədri qeyd edib ki, Pekin və Parisin bu məsələdə bir çox razılaşmaları var və Yaxın Şərqdə sülhün bərpasına kömək etməlidir.

Çin Sədri Si Cinpin Avropa turuna rəsmi səfərə gedib. Cinpinin səfəri mayın 5-dən 10-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
3
Mənbələr
Şərh ()
Bağla