AZ

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

A

Bakı, 6 may, AZƏRTAC

İtaliya A Seriyasında 35-ci turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması paytaxt Romada baş tutub. "Roma" və "Yuventus" komandalarının üz-üzə gəldiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 15-ci dəqiqədə Romeu Lukaku açıb. Bərabərlik qolunu 31-ci dəqiqədə Qleison Bremer vurub.

Günün digər oyunlarında "Verona" "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib. "Kalyari" - "Leççe" ( 1:1), "Empoli" - "Frozinone" (0:0) və "Milan" - "Cenuya" (3:3) görüşləri isə heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 66-ya yüksəldən "Yuventus" üçüncü pillədə qərarlaşıb. Aktivində 60 xalı olan "Roma" beşinci yerdədir. Turnir cədvəlinə isə daha əvvəl çempionluğunu rəsmiləşdirən (89 xal) "İnter" başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
43
Mənbələr
Şərh ()
Bağla