AZ

Konqres: Ukrayna müharibədə məğlub olarsa ABŞ qoşunları göndərilə bilər

Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Cefris də bildirib ki, Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin təsdiqini gecikdirdiyi iddia edilən Respublikaçılar Partiyasında rusiyayönlü fraksiya güclənir.

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa ABŞ münaqişə ocağına qoşun da yeridə bilər.

APA xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Cefris CBS telekanalına müsahibəsində deyib.

“Biz Ukraynanın çökməsinə imkan verə bilmərik. Bu baş verərsə, bizim münaqişəyə təkcə pulla deyil, həm də qoşunlarımızla qarışmaq şansımız var”, - o bildirib.

Cefris eyni zamanda, Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında Respublikaçılar Partiyasını günahlandırıb.

O iddia edir ki, partiyada rusiyayönlü fraksiya güclənib.

Xatırladaq ki, Amerika administrasiyası dəfələrlə bildirib ki, ABŞ Ukraynada qoşun yerləşdirmək niyyətində deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
18
Mənbələr
Şərh ()
Bağla