AZ

“Telegram”da fişinq mənbələrinin sayı artıb

“Telegram”da

Bakı, 6 may, AZƏRTAC

2024-cü ilin birinci rübündə “Telegram” messencerində fişinq mənbələrinin sayı 1,5 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bunu Kasperski laboratoriyasının mütəxəssisləri bildirib. Bildirilir ki, bu günlərdə “Telegram” hesablarının ələ keçirilməsi məqsədi daşıyan çox sayda yeni sayt müəyyən edilib. İstifadəçi bu linkə daxil olduqda onun bütün yazışmaları ələ keçir. Bəzən də istifadəçi öz hesabına daxil ola bilmir.

Kasperski laboratoriyası belə hücumlardan qorunmaq üçün şübhəli linklərə daxil olmamağı tövsiyə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
12
Mənbələr
Şərh ()
Bağla