AZ

Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var – VİDEO

Bakının Nizami rayonunda avtomobilin vurudğu piyadalardan biri ölüb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, xəstəxanada müalicə alan Əfəndiyeva Gülarə Oktay qızı həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Fakt araşdırılır.

Qeyd edək ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

Həmin vaxt onları “Kia” markalı avtomobil vurub. Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
19
Mənbələr
Şərh ()
Bağla