AZ

“Çox təəssüf ki, əlillərin ən böyük problemi işsizlikdir” – QHT sədri

“Əlilliyi olan şəxsləri maarufləndirmək üçün hər ay Bakı Kitab Mərkəzində surdotərcümə ilə “Oxu saatı” təşkil edirik. Eyni zamanda filmlər, cizgi filmlərini, mühüm məlumatları tərcümə edib onlara çatdırılmasını təmin edirik”.

Bu sözləri Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan şəxslərin cəmiyyətə adaptasiyası üçün ictimai dəstək çox önəmlidir: “İctimai dəstək olduqca onlar özlərini daha sərbəst və təcrid olunmamış hiss edəcəklər. Hər bir əlilliyi olan şəxsin də digər şəxslər kimi işləmək hüququ vardır. Çox təəssüf ki, onların ən böyük problemi işsizlikdir. Bunun aradan qaldırılması üçün cəmiyyətin özünün əlilliyi olan şəxsləri qəbul etməsi çox önəmlidir”.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sayı 500 min nəfərə yaxındır, onlardan 40 mini gözdən əlil olanlardır. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları mövcuddur. Həmin proqramlarda əlilliyin qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla