AZ

Şuşa ilə bağlı yayılan xəbər narahatlıq yaratdı – "Gizli şəkildə…"

Şuşa ilə bağlı yayılan xəbər narahatlıq yaratdı – "Gizli şəkildə…"

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin Şuşaya getməkdən imtina etməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. Səfirin addımı xüsusən sosial şəbəkələrin Azərbaycan seqmentində və mediada etirazla qarşılanıb.

Libbi Şuşaya səfər etməməsini belə "əsaslandırıb":

"Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm… Odur ki, bunu etməyin vaxtı gələndə edəcəyəm" .

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Qarabağ münaqişəsi başlayandan bəri ABŞ-ın mövqeyi fərqli olub:

"Ən çətin dövrümüzdə – silahlanmış erməni ordusu sərhədlərimizi keçib, torpaqlarımızı işğal edəndə, yüzminlərlə soydaşımız ata-baba yurdlarından didərgin düşəndə Azərbaycana qarşı ən böyük xəyanəti 907-ci qətnamə ilə ABŞ edib. Həmin an bununla erməni işğalına dəstək vermiş oldu. Ardınca Minsk Qrupunun həmsədri olaraq münaqişəni guya sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən həll yolunun tapılmasına çalışdı. Bu da o deməkdir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və ermənilər ərazilərimizdən çıxarılmalı, sülh əldə olunmalı idi. 30 ilə yaxın fəaliyyətləri dövründə isə münaqişə donduruldu. Münaqişənin həll olunması üçün heç bir əməli addım atmadılar".

Deputat xatırladıb ki, Azərbaycan heç vaxt ABŞ-a xəyanət yolunu tutmayıb:

"Rəsmi Bakı Birləşmiş Ştatların yaratdığı koalisiyaya üzv oldu, beynəlxalq terrorçuluğa qarşı mübarizədə yer aldı. Yəni düzgün siyasət yürütdü. ABŞ isə Ermənistana dəstəyini artırıb, gizli şəkildə qondarma quruma yardım göstərirdi. Bu, rəsmi Vaşinqtonun regionla bağlı siyasətinin tərkib hissəsi idi.

Azərbaycan 4 ildir ki, ərazi bütövlüyünü, suverenliyini, ədaləti bərpa edib. İşğaldan azad edilən ərazilərimizdə quruculuq, bərpa işləri görülür. Öz növbəsində bu ərazilərə kifayət qədər xarici ölkə rəsmiləri, deputatlar, səfirlər və başqaları səfərlər ediblər. ABŞ və Fransa rəsmiləri isə sözügedən ərazilərə getmirlər. Xüsusilə də Şuşa şəhərinə. Azərbaycanda təmsil olunan ölkələrin səfirləri Şuşaya səfərlər etsə də, ABŞ-dan bu addım atılmayıb. Məqsəd nədir? Azərbaycanın suverenliyini qəbul etmirsiniz? Sözdə ərazi bütövlüyümüzü dəstəklədiklərini dedikləri halda səfər etməkdən imtina edirlər. Səfir kimi ölkənin hər bölgəsində olmaq missiyası var. Erməni lobbisinin təsiri ilə rəsmi Vaşinqton xarici siyasətində belə səhvlər edir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
Mənbələr
Şərh ()
Bağla