AZ

Hitlerin sağ əlinin evi hədiyyə veriləcək

Hitlerin ən yaxın müttəfiqlərindən biri olan Goebbelsin Berlindən təxminən 40 kilometr şimalda, Wandlitz şəhəri yaxınlığında, Bogensee gölünə baxan meşəlik ərazidə 1939-cu ildə tikilmiş lüks villası olub.

News24.az xəbər verir ki, Alaman hökumətinin əmlakı satmaq cəhdlərində uğursuzluğa düçar olması və kompleksin saxlanması, təhlükəsizliyini ödəməkdən imtina etməsindən sonra iqamətgah yararsız vəziyyətə düşüb. Bildirilib ki, iqamətgahda ağacların aşması, dam örtüyünün mamır basması və köhnəlmiş divarların yaratdığı problemlər yaranıb.

Hökumətin söküntü qərarına vətəndaşların reaksiyası səbəbindən söküntü planı da ləğv edilib.

Qeyd edək ki, Berlinin maliyyə naziri Stefan Evers əyalət parlamentində çıxış edərək Hitlerin təbliğat naziri Cozef Qebbelsə məxsus villanı satmaq istədiklərini bildirib. 

Evers, "Hər kəsə Berlin əyalətinin hədiyyəsi olaraq buranı almağı tövsiyə edirəm" deyib.

“Son onilliklərdə olduğu kimi yenidən uğursuzluğa düçar olsaq, Berlinin artıq hazırladığımız dağıntıları həyata keçirməkdən başqa yolu qalmayacaq”, - Evers deyib.

Günel Məlikzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
4
Mənbələr
Şərh ()
Bağla