AZ

Sumanın hesabı – 21 yaşlı üçün 2:1-lər

Salifu Suma unikal statistikanın statistikanın səbəbkarıdır. “Zirə”nin hücumçusunun qol vurduğu oyunlarda komandası mütləq qələbə qazanır – həm də eyni hesabla.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı qvineyalı bu mövsüm cəmi 4 qol vurub. Onun fərqləndiyi görüşlərin hamısında qəsəbə təmsilçisi 2:1 hesabı ilə qalib. Onun bütün oyunlarda hesabı açan futbolçu olduğunu da qeyd edək.

Suma 3-cü turda “Səbail”lə, dünən isə “Turan Tovuz”la səfər görüşlərində, həmçinin tovuzlularla 9-cu, “Kəpəz”lə 27-ci turun ev oyunlarında hesabı açan şəxs olub. Bu qarşılaşmaların 3-də rəqib hesabı bərabərləşdirib, daha sonra “Zirə” qələbə qolunu vurub. Yalnız gəncəlilər 2:0-dan sonra təsəlli qolunu vura bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla