AZ

Ançelotti titul sayına görə Zidanı geridə qoydu

İtaliyalı Karlo Ançelotti "Real Madrid"in baş məşqçisi kimi qazandığı titulların sayına görə fransız Zinəddin Zidanı ötüb.

İqtisadiyyat.az xəbər verir ki, kral komandası İspaniya çempionatının bitməsinə dörd tur qalmış çempionluq titulunu təmin edib. Ançelotti "Real"da 12-ci titulunu qazanıb. O, ikiqat İspaniya çempionu, Çempionlar Liqasının qalibi, İspaniya Superkubokunun qalibi, Avropa Superkubokunun qalibi, İspaniya kubokunun qalibi və klublar arasında dünya çempionu olub.Zinəddin Zidan "Real Madrid"in baş məşqçisi kimi 11 titul qazanıb.

Rekordçu 14 titulla Migel Munyosdur

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla