AZ

Hitler 1944-cü ildə ABŞ və Britaniya ilə razılışmaya ümid edirmiş –Məxfi sənəd

Nasist Almaniyasının lideri Adolf Hitler 1944-cü ildə Vaşinqton və Londonla razılaşmaq üçün Sovet İttifaqı ilə Britaniya və ABŞ arasında parçalanmanı gözləyirdi.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Hitlerin şəxsi adyutantı  Bu barədə Otto Günşe 1948-ci ildə Sovet hökumətinə verdiyi izahatında yazıb. Sənədin bir nüsxəsi məxfilikdən çıxarılaraq Rusiya FTX tərəfindən dərc edilib.

Günşe Hitlerin digər yaxın silahdaşları ilə birlikdə 1945-ci ilin mayında sovet hərbi əks-kəşfiyyatı tərəfindən həbs edilərək Moskvaya aparılıb. 1948-ci il aprelin sonunda Günşe Sovet hökumətinə yazdığı bəyanatda 1944-cü ilin yayın sonu və payızında Hitlerin qərargahında baş verən hadisələri ətraflı təsvir edib.

Bu sənəd FTX-nin İvanovo vilayəti üzrə departamenti tərəfindən məxfilikdən çıxarılıb.

Günşe açıqlamasında Hitlerin 1944-cü il avqustun sonunda Rastenburqdakı qərargahında keçirdiyi görüşdən danışıb. “Vəziyyəti müzakirə etmək üçün xüsusi iclas  sovet qoşunları tərəfindən həyata keçirilən “Yassı-Kişinev” strateji hücum əməliyyatından dərhal sonra baş tutdu. SSRİ-nin bu əməiyyatı nəticəsində alman ordusunun “Cənubi Ukrayna” qrupu məğlub edildi, Moldova azad edildi və Rumıniya müharibədən çıxdı.

“Hitler hərbi vəziyyətin təhlilini apararaq belə bir fikir söylədi: “Şərq Cəbhəsindəki vəziyyətimiz çox ciddi hesab edilməli olsa da, müharibənin bu mərhələsinə biz imperiyanın hərbi vəziyyətinə siyasi prizmadan yanaşmalıyıq. Bu baxımdan Rumıniyanın zəngin neft rayonlarının rus qoşunları tərəfindən işğalı və onların daha da irəliləməsi ingilislər üçün Rumıniya və Balkanlarda mühüm iqtisadi mövqelərini və siyasi təsirlərini itirmək deməkdir”, – deyə Günşe  xatırladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla