AZ

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı iş adamı İlon Mask ölkənin dövlət borcu problemi həll olunmazsa, ABŞ valyutasının dəyərdən düşəcəyini proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, o, bu barədə  “X” sosial şəbəkəsində məlumat verib. 

“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsizləşəcək”, - deyə Mask bildirib.

Onun sözlərinə görə, hakimiyyət ən azından ölkənin dövlət borcunun artımını ləngitməlidir.

Qeyd edək ki, Amerikanın dövlət borcu 34,7 trilyon dolları ötüb. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2024-cü ildə ABŞ-ın dövlət borcu ölkənin ÜDM-nin 123%-ni keçəcək və 2029-cu ildə demək olar ki, 134% səviyyəsinə çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla