AZ

Birinci rübdə "Rabitəbank"ın aktivləri 155 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Rabitəbank" 2024-cü ilin birinci rübündə 4 milyon 313 min manat xalis mənfəət əldə edib.

Banco.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Ötən ilin birinci rübü ilə müqayisədə bankın aktivləri 2024-cü ilin martın 31-i tarixinə 155 milyon 941 min manat və ya 16,9% artaraq 1 milyard 80 milyon 325 min manat təşkil edib.

Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 84 milyon 453 min manat (13,3%) artaraq 717 milyon 380 min manata yüksəlib. 

I rübdə bankın depozit portfeli isə 679 milyon 434 min manat olub ki, bu da illik müqayisədə 129 milyon 978 min manat və ya 23,7% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla