AZ

Milyarder süni intellekti atom bombasına bənzətdi

Dünyanın ən varlı adamlarından biri, amerikalı milyarder Uorren Baffet süni intellektlə bağlı həyəcan təbili çalaraq, onun inkişafının fırıldaqçılığın artması, fırıldaqları həmişəkindən daha inandırıcı etdiyini bildirib.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, məşhur investor və Berkshire şirkətinin baş direktoru şənbə günü şirkətin səhmdarlarının illik yığıncağında bildirib ki, süni intellektdən istifadə edilməklə yaradılmış şəkillər və videolar o qədər inandırıcı olub ki, onların real olub-olmadığını müəyyən etmək demək olar ki, mümkün deyil.

Buffet süni intellektin meydana gəlməsini atom bombasının yaradılması ilə də müqayisə edib.

“Nüvə silahı hazırlayanda cini şüşədən buraxdıq. Bu cin son vaxtlar bəzi dəhşətli işlər görür. Onun gücü məni qorxudur. Süni intellekt bir qədər oxşardır”.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
4
Mənbələr
Şərh ()
Bağla