AZ

Özəl klinikalarda və apteklərdə buna görə yoxlamalar həyata keçiriləcək

Bakı. Trend:

Reseptlərdə dərman adının deyil, tərkib hissələrinin yazılmasıilə bağlı qaydaya əməl olunmasına dair Səhiyyə Nazirliyi AnalitikEkspertiza Mərkəzi tərəfindən özəl klinikalarda və apteklərdəaparılan plan üzrə və plandankənar yoxlamalar zamanı nəzarət həyatkeçirilirəcək.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən Trend-in sorğusuna cavabolaraq bildirilib ki, yoxlayıcılara həkim tərəfindən yazılan vəaptekdə əczaçı tərəfindən buraxılan reseptləri görmək hüquqiveriləcəkdir.

"Eyni zamanda elektron resept sistemində dərman vasitələrininticari adlarının yazılmasına əlavə texniki nəzarət tədbirlərigörüləcək.

Həkimlərin və apteklərdə də çalışan əczaçıların bilik vəbacarıqları Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzitərəfindən aparılan plan üzrə və plandankənar yoxlamalar zamanınəzarət ediləcək", - mərkəzdən qeyd edilib.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna ediləndəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkibhissələrinin yazılması nəzərdə tutulur. Hazırda “Elektron Resept”(reseptim.az) sisteminə mərhələli şəkildə transformasiya olunduğusəbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həmkağız, həm də elektron qaydada yazılır. Lakin bu il ərzində busistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnızelektron qaydada yazılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla