AZ

Ermənistan çox təhlükəli seçim qarşısındadır – Melkonyan

“Ermənistanı çox təhlükəli seçim gözləyir, qərar verməliyik: ya Türkiyə, ya da Rusiya”.

Turkustan.az xəbər verir ki, bunu erməni professor Ruben Melkonyan deyib.

O bildirib ki, Qərbin vədlərinə inanmaq Ermənistan üçün ağır nəticələrə səbəbə olur:

“Əvvəllər əməkdaşlığın genişləndirilməsi üçün tərəfdaşlar axtarırdıq, indi sadəcə bir gücün himayəsi altında qalmağa qərar verməliyik. Bu, faktdır, hakimiyyət bütün istiqamətlərdə uğursuzluğa düçar olub. Hələ bu günə kimi erməni cəmiyyətində belə parçalanma olmamışdı.

Qərbə münasibət fərqlidir. Doğrudur, rusların Qərb kimi yumşaq, qrant siyasəti yoxdur, amma reallıq budur ki, biz Moskva ilə əməkdaşlıq etmədiyimiz halda ərazilərimizi bir-bir itiririk. Erməni ictimaiyyəti fransız poetik ifadələrinə aldanmamalıdır”./globalinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla