AZ

Braziliyada daşqın qurbanlarının sayı 78-ə çatıb -VİDEO

Braziliyanın Rio-Qrande-du-Sul əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 78 nəfər ölüb, 100-dən çox insan itkin düşüb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva yerli hakimiyyət orqanları ilə xilasetmə və yenidənqurma işlərini müzakirə etmək üçün kabinet üzvləri ilə birlikdə daşqından zərər çəkmiş ştata səfər edib.

Qurbanların sayı arta bilər, çünki mayın 5-nə olan məlumata görə, 105 nəfər hələ də itkin sayılır. 115 mindən çox insan didərgin düşüb.

Son günlər daşqınlar Rio Qrande-du-Sulun 500 şəhərinin üçdə ikisinə təsir edib. Bir sıra şəhərlərdə yollar və körpülər dağılıb, torpaq sürüşmələri baş verib, kiçik su elektrik bəndi qismən dağılıb.

Səlahiyyətlilərin məlumatına görə, 400 min insan işıqsız qalıb və ştatın 11 milyona yaxın əhalisinin demək olar ki, üçdə biri susuz qalıb.

Ştatın paytaxtı Porto Aleqri beynəlxalq hava limanı mayın 3-dən etibarən bütün uçuşları dayandırıb.

image-1 image-2 image-3

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla